Azərbaycan regionda yeni gücdür-Zeynal Əmrəliyev- ÖZƏL

"vəkili Millət Fəzail Ağamalının çıxışı tam yerində bir çıxışdır. İran hakimiyyəti əfsuslar olsun ki, yenə öz əməllərindən geri qalmır".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev qeyd edib. 

"Bölgədə sərhəd dəyişikliyi barədə 30 il susub indi danışan rəsmi Tehran özünə əks istiqamətdə getsə belə Ermənistana yardım etmək missiyasından əl çəkə bilmir. İran üzrə bölgədə sülh istəyən bir ölkə olaraq görsəndə təəsüflər olsun ki, biz bir çox halda əməldə bunu görmürük. İran öz əməllərindən geri qalmır. Azərbaycan İranla mehriban qonşuluq münasibətinə üstünlük verir. Ancaq təəssüflər olsun ki, biz bunun qarşılığını görmürük. Azərbaycan regional əməkdaşlıq mühitinə üstünlük verir. Biz istəyirik ki, bütün qonşu dövlətlərlə mehriban qonşuluq münasibətində olaq. Ancaq bəzi hallarda heyif ki, bu alınmır. Cənubdakı soydaşlarımız İran dövlətinin siyasəti üzərində təsir qüvvəsinə malikdir. Biz bunu müharibə dövründə gördük. İran dövləti bütün bunları nəzərə almalıdır. Azərbaycan regionda yeni gücdür və hər kəs bununla hesablaşmalıdır. İran da həmçinin".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31