Deputat AP-nin qətnaməsini pislədi

"Təəssüflər olsun ki, bir neçə gün bundan öncə Avropa Parlamenti məkrli qətnamə qəbul etdi". Olaylar xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Tural Gəncəliyev deyib. Deputat bildirib ki, bu, postmünaqişə dövründə münasibətlərdə ayırıcı xətlərə xidmət edir: "Bu, vaxtilə özlərinə milyonlarla büdcə ayıran, münaqişənin dondurulması, münaqişənin necə həll edilməməsi kimi parazitliklə məşğul olan ATƏT-in bəzi qurumlarını xatırlatdı. Biz Ordumuzun, Ali Baş Komandanımız, birliyimiz nəticəsində o planları məhv etdik, onları pat vəziyyətinə saldıq. Biz indiki planlara qarşı da çıxmalıyıq, Azərbaycan Qoşulmama Hərəkatı, Asiya Parlament Assambleyası sayəsində öz beynəlxalq nüfuzunu daha da artırılmalıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31