Makron və Paşinyanın bir avaz ifa etməsi təsadüfi deyil- ÖZƏL
5 Mart 2024 08:28 Siyasət"Bu gün Makron və Paşinyanın iki ağızdan bir avaz ifa etməsi təsadüfi və təəccüblü deyil.
Tarixi faktlar və bugünkü reallıqlar fransızlar ilə ermənilərin qan qohumluğuna olmasa da, ortaq gen yaddaşına malik olduqlarını əks etdirir". Olaylar xəbər verir ki, bunu YAP Mərkəzi Aparatının İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nurlan Qələndərov deyib:
"Sadəcə iki fakta, bir gerçəkliyə nəzər salaq:
Azərbaycanın əzəli torpaqlarını 30 il ərzində hərbi-siyasi əsarətdə saxlayan ermənilərin məscidlərdə donuz bəsləmələri müsəlmanlara qarşı təhqiramiz münasibətin və barbarlığın göstəricisidir;
Tunisi 75 il, Əlcəzairi 132 il, Mərakeşi 44 il, Mavritaniyanı 60 il işğalda saxlayan Fransanın istilaçı əsgərlərinin Misirdə məscidlərdə "at oynatmaları", ibadətgahları spirtli içki məclislərinə və tövləyə çevirmələri təkzibedilməz faktdır.Ritorik olsa da, soruşaq: şərhə ehtiyac varmı?!"