Ermənistanı məhv edəcək tək şey onun öz xülyasıdır-Kazım Kazımov- ÖZƏL

"Bu iddia erməni şovinist qüvvələrinin və eləcə də Naira Vanyanın belə bir çıxışıdır ki, sanki Ermənistan yenə çarəsiz hala düşmüş kimi bir təəssürat yaratmağa çalışır". 

Bu fikirləri politoloq Kazım Kazımov Olaylar.az-a açıqlamasında bildirib:

"Bunu ilk dəfədir etmirlər. 1918-ci ildə ABŞ-dən Cənubi Qafqaza gəlmək istəyəndə də eyni şeyi dedilər, 1940-cı illərdə də dedilər ki, guya erməni etik kimliyi məhv olmaq üzrədir, 1988-ci ildə erməni şovinistlərinin qurduğu Sumqayıt talanında da eyni şeyi dedilər, 1992-ci ilin oktyabr ayında 907-ci düzəliş olunanda da eyni şeyi dedilər. Bu tamamilə ermənilərin cəfəngiyyatı, uydurmasıdır. Onlar belə edərək özlərini yazıq göstərməyə çalışırlar. Belə edərək antiazərbaycan ünsürlərini daha da revanşa keçirmək istəyirlər. Azərbaycanın heç vaxt Ermənistanın dövlət müstəqilliyinə son qoymaq planı olmayıb. Tam əksinə, biz Qarabaö müharibəsindən çox qısa müddət sonra gördük ki, cənab Prezident çıxışlarında 3+3 formatını dilə gətirdi və bildirdi ki, Ermənistan öz iddialarından vaz keçsin, axmaq xülyalardan əl çəksin. Bu zaman Ermənistan və Azərbaycan arasında normallaşma olacaq, eyni şəkildə Türkiyə ilə olan münasibətlər də normallaşacaq. Ancaq Ermənistan bunu qəbul etmək istəmir. Ermənistam istəyir ki, həm xülyaları gerçəkləşsin, həm də ona heç kim güldən ağır söz deməsin. Ona görə də Ermənistan belə cəfəngiyyatları yaymağa çalışır. Ancaq bütün dünya gördü ki, biz həm İkinci Qarabağ müharibəsində, həm antiterror əməliyyatları dönəmində, həm də ondan sonra Ermənistana qayıtmaq istəyən Qarabağda yaşayan ermənilərin bölgəyə qayıtması dövründə heç vaxt onlara qarşı aqressiya göstərməmişik, zorla heç kimi göndərməmişik. Hətta qalmaq istəyənlərə hər cür şərait verilibdir. Vəziyyət budur. Bu isə ermənilərin boş-boş olan xülyalarıdır. Ermənistan əgər məhv olmaq istəmirsə, öz xülyalarından əl çəksin. Ermənistanı məhv edəcək tək şey onun öz xülyasıdır. Çünki, Ermənistan 1991-ci ildən bu yana işğalçılıq siyasəti həyata keçirir, azərbaycanlılara qarşı soyqırım törədir, bütün xərclərini hərbi sahəyə yönəldib, ölkədə ciddi şəkildə əhali azalması var, Rusiya və Qərbdən asılı vəziyyətə düşübdür. Ermənistan demək olar ki, Qərbin əlində marionet bir dövlətə çevrilibdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31