Bizim üçün beynəlxalq hüquq mühüm əhəmiyyət kəsb edir-İlyas Hüseynov- ÖZƏL

"Türkiyə-Azərbaycan tandemi təhlükəsizliyin, sülhün və sabitliyin əsas qarantıdır". 

Bu fikirləri politoloq İlyas Hüseynov Olaylar.az-a  açıqlamasında bildirib:

"Şuşa bəyannaməsi məhz kənar güc mərkəzlərinin bizim ölkələrimizə qarşı olan təhdidlərini neytrallaşdırır, onları aradan qaldırır. Bölgəmizdə müharibə və bununla da böyük fəlakətlər törətmək istəyən qüvvələr qarşılarında Türkiyə-Azərbaycan birliyini görür. Əgər Türkiyəyə, eləcə də Azərbaycana qarşı ərazi bütövlüyü pozularsa, suverenlik təhdid altında qalarsa, biz öz gücümüzlə ordularımızla birgə hərəkətə keçəcəyik. Bunu hər kəs bilsin və özləri üçün qeyd etsinlər. Digər tərəfdən bu birlikdən narahat olan qüvvələr bizimlə əməkdaşlıq etməlidir. Bizə qarşı güc tətbiq edərlərsə, cavabı da kəskin və sərt olacaq. Zənn etməsinlər ki, bu birlik hansısa dövlətlərə qarşı yönəlmişdir. Biz öz təhlükəsizliyimizi qorumaq üçün bu qardaşlığımızı, birliyimizi təmin etmişik. Bizim üçün beynəlxalq hüquq mühüm əhəmiyyət kəsb edir. Bundan narahat olan qüvvələr ayrı-ayrı oyunçuları regiona cəlb etmək əvəzinə, Azərbaycan və Türkiyə ilə əməkdaşlıq etsələr, bizim şərtlərimizi qəbul etsələr, bu regional sülh və sabitlik üçün də faydalı olar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31