Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin (QDİƏTPM) komitə iclası keçiriləcək
4 Mart 2024 16:11 SiyasətMilli Məclisin Əmək və sosial siyasət komitəsinin, həmçinin QDİƏT PM-in Mədəniyyət, təhsil və sosial məsələlər komitəsinin sədri Musa Quliyev və deputat Ramin Məmmədov martın 4-də Şimali Makedoniyanın Skopye şəhərinə səfər edəcəklər. Olaylar xəbər verir ki,
Milli Məclisin deputatları səfər çərçivəsində QDİƏT PM-in Mədəniyyət, təhsil və sosial məsələlər komitəsinin iclasında iştirak edəcək, müzakirə olunacaq məsələlərə münasibət bildirəcəklər.
Səfər martın 6-da başa çatacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31