Avropa Şurası regionda sülhü əngəlləyir- ÖZƏL
25 Yanvar 2024 10:43 Siyasət"Avropa Şurasında Azərbaycan nümayəndə heyətinin tərkibinin təsdiq edilməməsi Ermənistan Azərbaycan arasında sülh müqaviləsi istiqamətində aparılan danışıqlara zərbə vurmaq və regionda yaranan geosiyasi nizamı qəbul etməməkdir". "Olaylar" xəbər verir ki, bunu deyən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, Avropa Şurası Qarabağ erməniləri, keçmiş Laçın dəhlizi, Ermənistan ərazi bütövlüyü ilə bağlı bu kimi spekulyasiyalardan istifadə edərək regionda sülhü əngəlləyir:
"Ümumiyyətlə, Azərbaycan Ermənistana ərazi iddiaları yoxdur. Qeyd edim ki, Azərbaycan Zəngəzur dəhlizindən imtina etmişdi. İran ərazisindən Naxçıvana yol çəkilir. Amma, Zəngəzur yolu ilə bağlı maneəsiz giriş -çıxışı Azərbaycan tələb edir. Azərbaycan bu məsələni gündəliyə çıxarıb. Bu sülhün əsas komponentidir. Amma, burada Rusiya pozucu fəaliyyət göstərir. Rusiya çalışır ki, Azərbaycanla Qərbin bütün bağları kopsun. Avropa Şurasıda Azərbaycana qarşı Rusiyanın siyasətinə oynayır. Avropa Şurasından çıxmaqla Azərbaycan xarici siyasətində Qərblə əlaqələrdə müəyyən problemlərə yol aça bilər".