Müəyyən olunmamış sərhədi necə pozmaq olar?-Tofiq Zülfüqarov- ÖZƏL

"Cozep Borellin bəyanatı ümumiyyətlə, məntiqə uyğun deyil, çünki orda çağırışlar səslənir ki, sülh əldə olunsun, danışıqlar davam etsin".

Bu fikirləri politoloq Tofiq Zülfüqarov Olaylar.az-a  açıqlamasında bildirib:

"Hamı başa düşür ki, danışıqların əsas mövzusu sərhədlərin müəyyən olunması, onların delimitasiyası və demarkasiyasıdır. Digər tərəfdən bəyan olunur ki, ərazi bütövlüyü pozuntusuna yol verilməyəcək. Yəni, müəyyən olunmamış sərhədi necə pozmaq olar? Hələ danışıqlar nəticəsində bu müəyyən olunacaq, tərəflər bu danışıqları aparmalıdırlar. Bu baxımdan hiss olunur ki, onlar Azərbaycanı bu və ya digər şəkildə ittiham edib onu hansısa şəkildə günahlandırmaq istəyirlər. Bizi günahlandırmaq üçün heç mövzu da tapa bilmirlər. Mənasız bir bəyanatdır, onun nəticəsinin Azərbaycana heç bir təsiri olmayacaq və Azərbaycan bunu qəbul etməyəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31