Ermənistan kimi kölələrini, əlaltılarını bəsləsinlər...- Tofiq Abbasov-ÖZƏL

"Bu, Avropa Şurasının, onun arxasında duran qüvvələrin acizliyinin, onların bacarıqsızlığının və tədbirsiz olmalarının təzahürüdür".

Bu fikirləri politoloq Tofiq Abbasov Olaylar.az-a olan açıqlamasında bildirib:

"Çünki, Azərbaycan elə bir şey etməyib ki, ona görə də qınaq obyektinə çevrilsin, səsi dondurulsun, səlahiyyəti dondurulsun və s. Aydın məsələdir ki, bu proseslərin hamısının arxasında duran Fransadlr, Belçikadır, Almaniyadır, Niderlanddır və s. ölkələrin sağçı, türkafob, islamafob qruplarının təşəbbüsləridir. Bəli, bunlar Azərbaycanın gözündə şər qüvvə görürlər, halbuki, ən böyük şər elə özləridir. Xristian klubu olaraq orda nümayiş etdirirlər ki, müsəlmanlara, türklərə qarşı nifrət siyasətində həmişə olmuşuq və bu mövqeyimizdən də geri dönməyəcəyik. Bəli, bu təsadüf deyil. Aydın məsələdir ki, ermənilər bunlar üçün gülməşəkər olub. Ermənistan alət kimi istifadə edərək çalışırlar ki, Cənubi Qafqazı çalxalasınlar, orda daxili proseslərə müdaxilə etsinlər, bununla da öz yerlərini bərkitsinlər. Təsadüfi deyil ki, Aİ təmtəraqla Ermənistan ərazisində indi 200 nəfərdən artıq da guya müşahidəçilər missiyasını yerləşdirib. Bunların kimlər olduğu hamıya bəllidir, keçmiş kəşfiyyatçılar, jandarm və hərbçilər, xüsusi təyinatlılar. Bunların orada nə azarı, nə işi var? Əlbəttə ki, orda onlarlıq heç bir iş yoxdur. Bəzi Avropa, Amerika gücləri süni surətdə Azərbaycanın Ermənistana guya təhdid törətməsinin təəssübünü çəkirlər. Azərbaycan tərəfindən heç bir təzyiq və risklər ifraz olunmursa, bunlar nəyə görə narahat olmalıdırlar? Nədən qorxurlar? Kimdi Ermənistana hücum edən? Ermənistan atlanıb-düşdü, 30 ilə yaxın bizim torpaqlarımızı işğalda saxladı, vəssalam. Bu cavab tək Ermənistana yox, həm də onun arxasında duran qüvvələrə verildi. Bəlli idi ki, Fransa, ABŞ, digər ölkələr, hətta Rusiyanın bəzi dairələri Ermənistanın arxasında dayanmışdılar. Onu bəsləyir, silah-surhat, siyasi, mənəvi dəstək verirdilər. Biz bu qüvvələrin bütün çabalarını, səylərini darmadağın etdik, öz sözümüzü dedik, həqiqəti bərpa etdik. Ədalətin keşiyində də durmuşuq. Buna görə də əlacsızlıqdan, qıcıq yaşayaraq çalışırlar ki, Azərbaycanı məhdudlaşdırsınlar, səsini kəssinlər. Bu alınan iş deyil. Avropa Şurası özü, daha sonra AŞPA bunlar pik nöqtəsinə çatıb artıq enişdə olan instsitutlardır. Bəllidir ki, burada siyasi alver gedir. Cozep Borell bir yandan qışqır-bağır qaldırıb ki, guya nəzarəti öz üstünə götürsün və s. kimi cəfəng-cəfəng anlaşılmayan imperativlər səslənir. Onların reallıqla heç bir rabitəsi yoxdur. Görürlər ki, Azərbaycan faktiki olaraq səhvsiz hərəkət edir, çox rasional düşüncə nümayiş etdirir, praqmatizmin ümumiyyətlə, nə olduğunu bunlara izah edir. Ona görə də bu proseslərdən qıcıq yaşayırlar, böyük qələbəmizi normal, rahat tərzdə həzm edə bilmirlər. Dondurun, istəmirsiniz biz orda olaq? İstəməyin, biz özümüz ordan gedəcəyik. Bu institutların heç bir xeyirini görməmişik. Həmişə riyakarlıq ediblər, fitnə-fəsad yayıblar, ermənilərə altdan-altdan rəvac veriblər ki, Ermənistan Azərbaycanı sıxışdırsın. Belə bir halda onların faydasını görməmişiksə, nəyimizə lazımdırlar? Getsinlər, özlərinə bir çarə qılsınlar, işlərini görsünlər, Ermənistan kimi kölələrini, əlaltılarını bəsləsinlər. Biz öz yolumuzdan dönən deyilik, bizim məramız bəllidir, hədəflərimiz müəyyən edilib və hərəkətimizə də davam edəcəyik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31