Milli Məclisin sədri Sahibə Qafarova Sofiya şəhərində “Naməlum əsgər” abidəsini ziyarət edib

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyətinin Bolqarıstan Respublikasına rəsmi səfəri davam edir. Azərbaycan parlamentinin spikeri sentyabrın 12-də Sofiyanın Aleksandr Nevski meydanında "Naməlum əsgər"abidəsini ziyarət edib. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a bildirilib ki, burada Milli Məclisin sədrini Bolqarıstan Milli Assambleyanın sədri RossenJelyazkov qarşılayıb. Azərbaycan nümayəndə heyətinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Milli Məclisin sədri Sahibə Qafarova "Naməlum əsgər"abidəsininönünə əklil qoyub. Sonra iki ölkənin dövlət himnləri səsləndirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31