Bu nazirlikdə struktur dəyişdi
13 Sentyabr 2023 10:28 SiyasətAzərbaycan Xarici İşlər Nazirliyində struktur dəyişikliyi olub.
Olaylar.az xəbər verir ki, bu barədə nazirliyin rəsmi saytında qeyd edilib.
Bildirilib ki, yeni nazir müavini Samir Şərifov Beynəlxalq Hüquq və Müqavilələr İdarəsi, Şərqi-Avropa, Cənubi Qafqaz, Qərbi və Mərkəzi Asiya İdarəsi, Linqvistik Təminat İdarəsinə, digər nazir müavini Yalçın Rəfiyev isə Beynəlxalq Təhlükəsizlik İdarəsi, İqtisadi Əməkdaşlıq İdarəsi və Yaxın Şərq və Afrika İdarəsinə cavabdeh olacaq.
Xatırladaq ki, 8 sentyabrda xarici işlər naziri Ceyhun Bayramova yeni müavinlər təyin olunub. Yalçın Rəfiyev və Samir Şərifov xarici işlər nazirinin müavinləri təyin edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31