ABŞ Azərbaycan və Ermənistan arasında vəziyyətin nizamlanması istiqamətində fəaliyyətini davam etdirir - Dövlət Departamenti

ABŞ Azərbaycan və Ermənistan arasında vəziyyətin nizamlanması istiqamətində fəaliyyətini davam etdirir.

Olaylar.az trend-ə istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bu gün keçirdiyi brifinq zamanı deyib.

"Dünən dediyim kimi, dövlət katibi şəxsən bununla məşğuldur və keçən həftə bir neçə müzakirələr aparıb", - deyə o bildirib.

Miller qeyd edib ki, uzunmüddətli perspektivdə iki ölkə yekun razılığa gəlməlidir.

O, bu gün Rusiyadan gələn ərzaq yüklərinin keçdiyi Ağdam-Xankəndi yolunun da açıldığını vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31