Azərbaycan XİN Liviyaya başsağlığı verib
12 Sentyabr 2023 20:57 SiyasətAzərbaycan Xarici İşlər Nazirliyi Liviyaya başsağlığı verib.
Olaylar.az xəbər verir ki, bu barədə nazirliyin "X" (tvitter) sosial şəbəkə hesabında paylaşım edilib.
Paylaşımda deyilir:
"Liviyadan böyük insan tələfatına səbəb olan güclü daşqınlarla bağlı dağıdıcı xəbər bizi dərindən kədərləndirdi. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, xəsarət alanlara isə tezliklə şəfa diləyirik. Bu çətin zamanda dualarımız sizinlədir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31