Ərdoğan Naxçıvana səfər edəcək? – Türkiyə səfirindən AÇIQLAMA

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycanın Naxçıvan Muxtar Respublikasına səfəri gözlənilir.

Olaylar.az xəbər verir ki, bu barədə TNS-ə özəl mənbələrdən məlumat daxil olub.

Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı saytımıza açıqlamasında bunu nə təsdiq, nə də təkzib edib: "Prezidentimizin Azərbaycana səfəri ilə bağlı nəsə deyə bilmərəm".

Səfir bildirib ki, Türkiyə hər zaman olduğu kimi, indiki həssas dönəmdə də Azərbaycanın yanındadır.

"Biz hər zaman Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləmişik, "Qarabağ Azərbaycandır" demişik. Bu dəstəyimizi sona qədər bütün platformalarda davam etdirəcəyik", - Cahid Bağçı əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31