BQXK Qarabağa malların çatdırılması şərtlərini açıqlayıb - ÖZƏL
12 Sentyabr 2023 19:45 SiyasətBeynəlxalq Qızıl Xaç Komitəsi Ermənistan və Azərbaycanın birgə razılığı olarsa, Qarabağa yüklərin çatdırılması üçün istənilən yoldan istifadə etməyə hazırdır.
Olaylar.az xəbər verir ki, bu barədə TASS agentliyi BQXK-nın Bakı ofisinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynovaya istinadən məlumat yayıb.
Bundan əlavə, o qeyd edib ki, tərəflər də bu yollarda təhlükəsizliyi təmin etməlidirlər.
"BQXK hər hansı əməliyyat keçirməzdən əvvəl onu mütləq müvafiq qərar qəbul edən şəxslərlə əlaqələndirir, məlumat paylaşır və razılıq aldıqdan sonra fəaliyyətə başlayır", - Hüseynova bildirib.
Sentyabrın 12-də Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Rusiya tezliklə Ağdam marşrutu ilə paralel olaraq Laçın dəhlizinin blokunu açmaq mümkün olacağını gözləyir.
Bundan əvvəl Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanın və onun nəzarətində olan Qarabağ rəhbərliyinin sülh yolu ilə nizamlanmasında maraqlı olmadığını bəyan etmişdi. Xarici İşlər Nazirliyi onu da əlavə edib ki, İrəvan Bakının daxili işlərinə kobud şəkildə müdaxilə edir.
Avqustun 17-də ABŞ Laçın dəhlizi ilə nəqliyyatın hərəkətini bərpa etməyə çağırıb. Tomas-Qrinfild vurğulayıb ki, ABŞ Azərbaycan hökumətini dəhliz boyu sərbəst hərəkəti bərpa etməyə çağırır.
Bundan əvvəl Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünün qarşılıqlı tanınması barədə razılığa gəliblər.