BMT-nin Cenevrədəki tarixi binasında "Azərbaycan otağı" açıldı
12 Sentyabr 2023 15:20 SiyasətBMT-nin Cenevrədəki tarixi binasında "Azərbaycan otağı"nın açılışı olub.
Olaylar.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
"Xarici işlər naziri Ceyhun Bayramov İsveçrəyə işgüzar səfəri çərçivəsində BMT-nin Cenevrə Baş direktoru Tatyana Valovaya ilə birlikdə BMT-nin Cenevrədəki tarixi binasında "Azərbaycan otağı"nın açılış mərasimində iştirak edib", - deyə qeyd edilib.
Qeyd edək ki, 11 sentyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İsveçrə Konfederasiyasının Cenevrə şəhərinə işgüzar səfərə yola düşüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31