Bu, Cənab Prezidentin qətiyyətli siyasəti, uğurlu diplomatik və hərbi gedişinin uğurudur - ÖZƏL

"Bu, Cənab Prezidentin qətiyyətli siyasəti, uğurlu diplomatik və hərbi gedişi, eyni zamanda Azərbaycanın haqlı mövqeyinin qələbəsi, uğurudur. Ermənistan dövləti, onun dəstək verdiyi separatçı tör-töküntüləri, ən əsası işğalçı ölkəyə dəstək verən bəzi xarici güclərə bir daha çatdırıldı ki, Azərbaycan heç bir halda öz prinsipial mövqeyindən geri çəkilməyəcək və ərazi bütövlüyü məsələsində qətiyyən güzəştə getməyəcək".

Bu fikirləri "OLAYLAR"-a "Milli İnkişaf" ictimai birliyinin sədri Arzuman Muradlı Rusiya Qızıl Xaç Cəmiyyətinin Qarabağ erməniləri üçün göndərdiyi yardım maşınının Ağdam-Xankəndi yolundan istifadə etməklə mənzil başına çatmasına münasibət bildirərkən səsləndirib. İctimai birlik sədri deyib ki. Ağdam-Xankəndi yolu ilə Qarabağ ermənilərinə yardımın çatdırılması artıq həmin yolun işə düşdüyünü sübuta yetirir:

"Bu həm də onu deməyə əsas verir ki, Azərbaycan dövləti heç bir halda Ermənistanın iddia etdiyi kimi Qarabağ ermənilərini blokadada saxlamayıb və öz vətəndaşı olaraq onlara da hər cür dəstək, yardım etməyə hazırdır. Baxmayaraq ki, Rusiya Qızıl Xaç Cəmiyyətinin yardımından bir neçə gün əvvəl Azərbaycan özü Qarabağ erməniləri üçün 40 ton ərzaq yardımı göndərib. Maraqlısı odur ki, bloikadada olduqlarını, acından öldüklərini iddia edən ermənilər həmin yardımın Xankəndinə çatdırılmasına mane olublar. Bu da bir daha onu deməyə əsas verirdi ki, ermənilərin "aclıq", "səfalət" hay-həşirləri tamamilə yalandır".

Arzuman Muradlı deyib ki, ermənilər Rusiya ilə yanaşı Azərbaycandan göndərilən yardım maçınlarının da Xankəndinə getməsinə şərait yaratmalı və Ağdam-Xankəndi yolunun daim işlək vəziyyətdə olacağına dair zəmanət verməlidirlər. Məhz bundan sonra Laçın yolundan da yüklərin daşınması üçün istifadə edilə bilər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31