Ruslar da, ABŞ, İran və Türkiyə də Azərbaycanın tarazlaşdırıcı roluna ehtiyac duyurlar - ÖZƏL
12 Sentyabr 2023 13:42 Siyasət"Cənab Prezident İlham Əliyev siyasi coğrafiyanı və geopolitikanı yaxşı öyrədir. Həmişə olduğu kimi böhran dəyişiklik doğurur. Yeni proseslərə təkan verir və yeni qüvvələr nisbəti yaradır". "Olaylar" xəbər verir ki, bunu deyən politoloq Zaur İbrahimlinin sözlərinə görə, geosiyasi böhranda daha hazırlıqlı və əvvəlcədən bacardığı qədər riskləri nəzərə alan tərəf qazanclı çıxır: "Geosiyasi böhranda ən vacib məsələ TARAZLIQ yaratmaqdı. Azərbaycanın ən yaxşı bacardığı işlərdən biri budur. Ona görə Ağdam-Xankəndi yolunun tilsimi sındı. Ruslar da, ABŞ, İran və Türkiyə də Azərbaycanın tarazlaşdırıcı roluna və qüvvəsinə ehtiyac duyurlar. Məhz elə bu səbəbdən rəsmi Bakı BMT müstəvisində davanı uddu. Azərbaycanın geosiyasi koordinatlarını yaxşı istifadə etmək üçün yaxşı MASTER olmalısan".