Bu şəxslərə maliyyə sanksiyası tətbiq ediləcək

Rəqabət qanunvericiliyinin pozulmasına görə sanksiya tətbiq ediləcək.

Olaylar.az bildirir ki, bununla bağlı Rəqabət Məcəlləsinin layihəsi Milli Məclisə daxil olub.

Maliyyə sanksiyalarından azadolmalar və güzəştlər, eləcə də, maliyyə sanksiyalarını yüngülləşdirən və ağırlaşdıran amillər müəyyənləşəcək.

Həmçinin, maliyyə sanksiyalarının dövlət büdcəsinə ödənilməsi təmin ediləcək.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin qanunvericilik təşəbbüsü ilə Milli Məclisə Rəqabət Məcəlləsinin layihəsi daxil olub. Rəqabət Məcəlləsinin layihəsi 12 fəsil 84 maddədən ibarətdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31