Dinlər ölkələrin xüsusi xidmət orqanlarının istifadə etdiyi əsas açarlardan biridir - ÖZƏL

"Milli və dini ideoloji boşluğumuz bizi başqalarına meyillənməyə sövq edir. Biri Lənkərani və Sistaniyə, digəri Fətullah Gülənə, Səid Nursiyə, başqa digəri Buxariyə etiqad edirdi. Özümüzü kiçik qonşumuzla müqayisələndirməyə utanıram, amma kiçik erməni xalqının belə özünə aid dini ideoloji xətti və kilsəsi var".

"OLAYLAR" xəbər verir ki, bu fikirləri ictimai fəal Rəşad Quliyev səsləndirib. O bildirib ki, biz isə dini ya İranda, digəri Türkiyədə başqa digəri Səudiyyə Ərəbistanda görürük:

"Artıq dinlər ölkələrin xüsusi xidmət orqanlarının və mərkəzlərinin istifadə etdiyi əsas açarlardan biridir. Hər kəs də özünə görə də haqlıdır. Ona görə zamanında alimlərimiz özümüzə uyğun dini ideoloji xətt çizməliydi ki, vətəndaşlarımız ora-bura gedib, etiqad edib hansısa ölkələrin təsiri altına düşməsimlər. O ölkələri özlərinə müqəddəs görməsinlər. Müqəddəs öz ölkələri olsun".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31