Qondarma rejim sülh prosesində maraqlı deyil - ÖZƏL
12 Sentyabr 2023 12:22 Siyasət"Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında mövcud olan qanunsuz rejimin "prezident seçkiləri" keçirməsi Ermənistanın son dövrdə xüsusilə kəskinləşən təxribatçı fəaliyyətinin daha bir elementi olmaqla, bölgədə normallaşma və etnik erməni sakinlərin Azərbaycan cəmiyyətinə reinteqrasiya edilməsi səylərinə ciddi zərbədir". "Olaylar" xəbər verir ki, bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib: "Qondarma "seçkilər"in keçirilməsi bir daha aydın şəkildə göstərir ki, status-kvonun saxlanılması, işğalçı siyasətinin davam etməsi üçün addımlar atan Ermənistan və onun yaratdığı qondarma rejim sülh prosesində həqiqətən maraqlı deyil və bunun əksinə, təxribat və vəziyyəti gərginləşdirmək yolunu tutub. Amma bu yol ilk növbədə rəsmi İrəvanın özü üçün yaxşı olmayacaq. Son illərin təcrübəsi də bunu deməyə əsas verir".