9 aylıq "aclıq, qıtlıq və mühasirə" şousu başa çatdı - ÖZƏL

Rusiya Qızıl Xaç Cəmiyyətinin yardım maşınının Ağdam-Xankəndi yolunda bir neçə günlük gözləməsindən sonra nəhayət ki, Qarabağ erməniləri yardımın mənzil başına çatmasına qarşı nümayiş etdirdikləri dirənişdən geri çəkildilər. Beləliklə, sözügedən yük maşını bu gün Xankəndinə çatdı.

"OLAYLAR"-ın xəbərinə görə, məsələ ilə bağlı fikirlərini  bildirən hərbi ekspert Ədalət Verdiyev deyib ki, əsas odur Xankəniyə yolumuzu bağlayanların özlərinə, öz əlləri ilə  yolumuzu açdıra bildik:

"9 aylıq "aclıq, qıtlıq və mühasirə" şousu başa çatdı. Bu artıq Ermənistan, Fransa və seperatçı qurum üçün növbəti ağır zərbədir". 

Ekspert qeyd edib ki, növbəti komediya rus maşınında daşınan yükün tərkibi açıqlananda olacaq:

"Mütləq Xankəndidə bir nəfər normal hay tapılacaq və soruşacaq. Yorgan və döşək ilə 9 ay aclıq çəkən qarın doya bilərmi?".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31