Bolqarıstanda Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr edilmiş ağacəkmə aksiyası keçirilib
12 Sentyabr 2023 11:38 SiyasətMilli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyətinin Bolqarıstan Respublikasına rəsmi səfəri davam edir. Nümayəndə heyəti Bolqarıstanda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş ağacəkmə aksiyasında iştirak edib. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a bildirilib ki, parlament nümayəndə heyəti bu məqsədlə Sofiya şəhərində yerləşən Bakı küçəsinə gəlib. Burada yerləşən parkda spiker Sahibə Qafarova və nümayəndə heyətinin üzvləri ağac əkiblər.


Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31