İrəvan ordunun zir-zibillərini bu yolla xilas etməyə çalışır - ÖZƏL
12 Sentyabr 2023 11:04 Siyasət"Bir qrup erməni "tələbə" dərs ilinin açılması münasibətilə Qarabağdan Ermənistana köçür. Bununla bağlı yayılan fotodan da aydın görünür ki, bunlar tələbə yox, böyük ehtimalla, hərbçilərdir. Rəsmi şəkildə çıxara bilmədiklərini (siyasi səbəblər var) "təhsil" adı ilə aparırlar". "Olaylar" xəbər verir ki, bunu siyasi şərhçi Asif Nərimanlı deyib: "Görünür, mümkün əməliyyat gözləntiləri İrəvanı erməni ordusunun Qarabağda qalan hərbçilərini qurbanlıq olmaqdan xilas etməyə məcbur edir. Erməni mənbələr isə yazır ki, "dərs ili"nə görə qarşıdakı günlərdə yeni "tələbələr" də getməyə hazırlaşırlar".
Millət vəkili Musa Qasımlı qeyd edib ki, terrorçuların, işğalçı ordunun zir-zibillərinin tələbə, xəstə adı altında Laçın sərhəd-buraxılış məntəqəsindən rədd olub getmələri və Ağdam-Xankəndi yolu ilə ilk yardımın göndərilməsi dövlətimizin hökmünü, işləri planlaşdırdığı kimi apardığını göstərir.