Ermənistan minaları “boz zona”nın hər perimetri boyunca yerləşdirməyə davam edir - Hikmət Hacıyev

1991-ci ildən bu günə kimi 3385 azərbaycanlı Ermənistanın minalarının qurbanı olub.

Olaylar.az bildirir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev X hesabında yazıb.

"Ermənistan və qeyri-qanuni marionet xunta rejimi Ermənistanda istehsal olunan minaları "boz zona"nın hər perimetri boyunca yerləşdirməyə davam edir", - Prezidentin köməkçisi qeyd edib.

O, Ermənistanın Azərbaycana qarşı sistemli və məqsədyönlü mina terroru siyasətinin dəhşətli (qorxunc) rəqəmlərini əks etdirən cədvəl də paylaşıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31