Azərbaycan Qızıl Aypara Cəmiyyətinin göndərdiyi ərzaq yükü 15 gündür Ağdam-Xankəndi yolunda gözləyir
12 Sentyabr 2023 10:17 SiyasətRusiya Qızıl Xaç Cəmiyyətinin 1 TIR avtomobili və onu müşayiət edən heyət Rusiya sülhməramlılarının blok postunu keçərək Ağdam-Xankəndi yolu ilə hərəkət edir.
Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bunu AzQAC-ın Baş katibi Ceyhun Mirzəyev bildirib.
"Azərbaycan Qızıl Aypara Cəmiyyətinin göndərdiyi ərzaq yükü 15 gündür Ağdam-Xankəndi yolunda gözləyir. Bu artıq ayrı mövzudur. Bununla bağlı müzakirələr davam edir. Lakin deyə bilərik ki, Ağdam marşrutu açılıb", - Mirzəyev vurğulayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31