Macarıstan Qarabağ ərazisində keçirilmiş qondarma “seçkilər”i tanımır
11 Sentyabr 2023 22:58 SiyasətMacarıstan Qarabağ ərazisində keçirilmiş qondarma "seçkilər"i tanımır.
Olaylar.az trend-ə istinadən xəbər verir ki, bu barədə Macarıstan Xarici İşlər Nazirliyi bəyanatla çıxış edib.
"Macarıstan Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşır, buna görə də biz Qarabağdakı qondarma "prezident seçkilərini" qeyri-legitim hesab edirik. Münaqişənin mümkün qədər tez bir zamanda sülh yolu ilə nizamlanmasına çağırırıq", - deyə bəyanatda bildirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31