AFFA Ermənistan–Xorvatiya matçındakı təxribatla bağlı UEFA-ya müraciət edəcək
11 Sentyabr 2023 22:47 SiyasətAFFA Ermənistan və Xorvatiya yığmaları arasında keçirilən AVRO-2024-ün seçmə mərhələ oyunundakı təxribatla bağlı UEFA-ya müraciət edəcək.
Olaylar.az xəbər verir ki, bu barədə Trend-ə milli assosiasiyanın mətbuat katibi Elnur Məmmədli məlumat verib.
Qeyd edək ki, ermənilər sözügedən qarşılaşmada dronla qondarma rejimin "bayrağı"nı qaldırıblar. Azarkeşlər arasında alovlanan qarşıdurma kütləvi davaya çevrilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31