ABŞ Qarabağda keçirilən qondarma “prezident seçkiləri”ni tanımır - YENİLƏNİB
11 Sentyabr 2023 22:22 SiyasətABŞ Qarabağda keçirilən qondarma "prezident seçkiləri"ni tanımır.
Olaylar.az trend-ə istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bu gün keçirdiyi brifinq zamanı deyib.
"Əvvəllər dediyimiz kimi, biz Qarabağı "müstəqil" və "suveren dövlət" kimi tanımırıq və buna görə də son bir neçə gündə elan edilmiş qondarma "prezident seçkiləri"nin "nəticələrini" tanımırıq", - deyə o bildirib.
Diplomat həmçinin Vaşinqtonun Bakı ilə İrəvan arasında birbaşa dialoqu dəstəklədiyini xatırladıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31