Paşinyan siyasətdə naşıdır, ona Ərdoğan kimi müəllim lazımdır ÖZƏL

"Türkiyə Ermənistanla münasibətlərinə hər zaman yumşaq güc tərəfindən yanaşıb. Böyük və güclü dövlət kimi Türkiyə Ermənistanı qarşı tərəf kimi görməyib. Ermənistan və xalqına zavallı gözündə baxıb. Türkiyədə yaşayan və dolanışıq üçün gələn ermənilərə loyal yanaşıb, öz böyüklüyünü göstərib. Türkiyə Prezidenti R.T. Ərdoğanın Paşinyana zəng edəcəyi xəbərinin rəsmi olub-olmamasını bir kənara qoyub, bunun doğru olduğunu nəzərə alsaq, hesab edirəm ki, danışığın mahiyyətinin regiondakı proseslər və sülh məsələsinin olacağı şübhəsizdir". "OLAYLAR" xəbər verir ki, bu fikirləri politoloq Azər Qasımov səsləndirib. O bildirib ki, Ərdoğan Paşinyandan konstruktiv olmasını tələb edə bilər:

"Paşinyana siyasi proseslərin dərin məsələlərini başa sala bilər, çünki Paşinyan siyasətdə naşıdır, ona müəllim lazımdır. O, Paşinyanı başa sala bilər ki, sülh ilk növbədə onlara lazımdır". 

Azər Qasımov deyib ki, regionun inkişafı sülhdən asılıdır:

"Sülh olarsa, Türkiyə Ermənistana hər şəkildə dəstək verməyə hazırdır. Paşinyanın digər ermənilərə görə qismən ağıllı olduğunu hesab edib, ümid edirik ki, hörmətli Ərdoğanın ona zəng etməsi faktını doğru dəyərləndirəcək. Öz xalqının gələcəyini oyunlara qurban verməyəcəkdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31