Türkiyə və Azərbaycan Baş Qərargah rəislərinin görüşü oldu
11 Sentyabr 2023 16:22 SiyasətTürkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Metin Gürak və Azərbaycan Respublikasının müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev arasında görüş baş tutub.
Olaylar.az Trend-ə istinadən bildirir ki, general Metin Gürak, Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevi Baş Qərargahda rəsmi mərasimlə qarşılayıb.
Hər iki ölkənin dövlət himnləri səsləndirildikdən sonra qonaq general Kərim Vəliyev fəxri qarovul dəstəsini salamlayıb. M. Gürak və K. Vəliyev mərasimdən sonra təkbətək və heyətlərarası görüşlərdə iştirak ediblər.
Xatırladaq ki, sentyabrın 11-də Azərbaycan Respublikasının müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin Türkiyə Respublikasına rəsmi səfəri başlayıb.