Özbəkistan qondarma “seçkilər”i tanımır

​​​​​Özbəkistan Azərbaycanın Qarabağ bölgəsində keçirilən qondarma "prezident seçkiləri"ni tanımır.

Olaylar.az Trend-ə istinadən bildirir ki, bu barədə Özbəkistan Xarici İşlər Nazirliyi bildirib.

"Daşkənd Azərbaycan Respublikasının suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir, həmçinin onun daxili işlərinə hər hansı müdaxiləni pisləyir", - nazirliyin bəyanatında qeyd edilib.

Qeyd edək ki, sentyabrın 9-da Araik Arutunyanın istefasından sonra Samvel Şahramanyan bu gün Qarabağdakı erməni quldurlarının yeni başçısı olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31