Qarabağ Azərbaycanın bir hissəsidir - İran XİN
11 Sentyabr 2023 13:17 Siyasətİran Qarabağı Azərbaycanın bir hissəsi hesab edir.
Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani mətbuat konfransında Azərbaycanın Qarabağ bölgəsində qondarma rejimin sentyabrın 9-da keçirdiyi "seçkilər" barədə suala cavabında deyib.
"İranın mövqeyi aydın, sabit və şəffafdır. İranın Qarabağ ərazisi ilə bağlı mövqeyi heç kimdən gizli deyil. Qarabağ Azərbaycan Respublikasının bir hissəsidir", - Kənani qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31