Ankara Yerevana "həddini aşma" mesajı verəcək - ÖZƏL
11 Sentyabr 2023 13:00 Siyasət"Türkiyə prezidenti R. T. Ərdoğan Ermənistan Baş naziri Nikol Paşinyana zəng edəcək. Ötən gün prezident İlham Əliyevlə telefonla danışaraq hazırkı böhranı müzakirə edib". "Olaylar" xəbər verir ki, bunu deyən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, Ermənistan və Türkiyə arasında normallaşma prosesi dayanıb. Məhz Fransa prosesə mane olub: "Türkiyə prezidenti N. Paşinyana Ermənistanın Fransa və İranın təhriki ilə atdığı təxribatlara qarşı xəbərdarlıq edəcək. Bu, Ankaranın Yerevana "həddini aşma" mesajı olacaq. Əgər, Ermənistan tərəfi hərbi təxribatlara əl atacaqsa, Ankara Yerevana qarşı ciddi tədbirlər görəcək".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31