Hər kəs Rusiyasız Cənubi Qafqaz istəyir - ÖZƏL

"Bizim cəmiyyətdə olduğu kimi, Ermənistan cəmiyyətində də Rusiyanın oyunlarını qarşı tərəfin mövqeyini təmin etməkdə günahlandıranlar və belə düşünənlər çoxluq təşkil edir. Əslində Rusiya öz maraqlarını təmin etmək üçün bu "xidmətləri" hər iki tərəfə diqtə edir".
"OLAYLAR" xəbər verir ki, bu fikirləri siyasi ekspert Çingiz Şahbazi səsləndirib. O bildirib ki,  hər kəs Rusiyasız Cənubi Qafqaz istəyir və bu Qarabağ bölgəsində sabitlik və inkişaf perspektivləri baxımından Rusiyanın oradan birdəfəlik getməsi ilə baş verə bilər:

"Rusiyanın Cənubi Qafqazda və xüsusilə də Qarabağda həyata kecirdiyi və planlaşdırdığı bütün siyasi hədəflərinə zərbələr endirmək zamanı çatmışdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31