Ermənistan regionda sülhün bərqərar olmasında həqiqətən maraqlı deyil

"Qarabağ Azərbaycan Respublikasının suveren ərazisidir və bu bölgədə qeyri-qanuni olaraq qurulmuş rejimin qondarma "seçkilər"i BMT-nin Nizamnaməsinin və beynəlxalq hüququn prinsiplərinin kobud şəkildə pozulmasıdır".

"OLAYLAR" xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Jalə Əhmədova səsləndirib. Millət vəkilinin sözlərinə görə,  qondarma "seçkilər"in keçirilməsi bir daha göstərir ki, Ermənistan işğalçı siyasətinin davam etməsi üçün hər bir yola əl atır:

"Regionda sülhün bərqərar olmasında həqiqətən maraqlı deyil. Bütün dünya dövlətlərini və beynəlxalq təşkilatları Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı yönələn bu addımlara düzgün siyasi qiymət verməyə və Ermənistanın qondarma rejiminin qanunsuz fəaliyyətlərini qətiyyətlə pisləməyə çağırıram".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31