Əgər Ərdoğanla razılaşsaydıq... - Korotçenko
11 Sentyabr 2023 11:30 Siyasətİkinci Qarabağ müharibəsindən çıxan əsas nəticə müasir hərbi münaqişələrdə PUA-ların rolunun kəskin şəkildə artmasıdır.
Olaylar.az Axar.az-a istinadən xəbər verir ki, bunu rusiyalı hərbi ekspert, "Milli müdafiə" jurnalının baş redaktoru İqor Korotçenko deyib.
"2020-ci ilin sonunda Türkiyə Prezidenti Ərdoğanla razılığa gələ və 2021-ci ildə "Bayraqdar"ların istehsalının alınmasına dair müqavilə bağlaya, rus kadrlarını yetişdirib hazırlaya, PUA-lara sahib ola bilərdik. Təxminən 100 ədəd PUA-nı xüsusi hərbi əməliyyat zamanı Ukrayna Silahlı Qüvvələrinə qarşı istifadə etmək olardı. Çox təəssüf ki, bu, edilmədi", - Korotçenko bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31