Azərbaycan dünyada multikulturalizmin mərkəzlərindən birinə çevrilib - ÖZƏL

"Azərbaycanda multikulturalizm ənənələrinin güclənməsində də Ulu Öndər Heydər Əliyev müstəsna rol oynamışdır". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Ceyhun Məmmədovun sözlərinə görə,  o yenidən hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanda yaşayan müxtəlif xalqların və dinlərin nümayəndələri arasında birlik və həmrəyliyin gücləndirilməsi üçün çox mühüm addımlar atmışdır: "Bu gün bu siyasəti möhtərəm Prezidentimiz İlham Əliyev uğurla davam etdirir. Bu siyasət nəticəsində bu gün Azərbaycan dünyada multikulturalizmin mərkəzlərindən birinə çevrilib. Azərbaycan davamlı olaraq bu mövzuda müxtəlif beynəlxalq tədbirlərə ev sahibliyi edir. Bu gün müasir dünyada ağır proseslərin getdiyi bir dövrdə gənclərimizin qarşısında ən mühüm vəzifələrdən biri də bu ənənələri qoruyaraq gələcək nəsillərə çatdırmaqdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31