Azərbaycan kimlərinsə maraqlarını o halda nəzərə ala bilər ki...- ÖZƏL

"Erməninin hünəri nədir ki, hansısa avtomobili buraxsın, ya buraxmasın. Bəli, yolu bağlayıblar. Bəli, buraxmaq istəmirlər. Bəli, həm onların, həm Rusiyanın, həm Qərbin şərtləri və istəkləri var". "Olaylar" xəbər verir ki, bunu deyən politoloq Zaur Məmmədovun sözlərinə görə, bir həqiqəti hamımız bilməliyik: "Azərbaycan kimlərinsə maraqlarını o halda nəzərə ala bilər ki, öz tələbləri maksimum reallaşsın. Misal üçün, RQXK ilə əldə edilən anlaşma kimi. Və bu baş verənlər fonunda daxilimizdə sülh göyərçinlərinin səsləri daha çox eşidilməyə başlanıb. Düzdür, biz həmişə unutqan və sülhpərvər olmuşuq. 100 il əvvəl də. Lakin, indi o danışan quşlara yemi Qərbdəki fondlar versə, heç təəcüblənmərəm. No war və digər qruplarda  olduğu kimi... Amma həm sülh quşları, həm ermənilər, həm də beynəlxalq aktorlar bilməlidirlər ki, Qafqazda tarix yazılmaqdadır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31