Rusiyadan gələn yük hələ də Bərdədə dayanır
10 Sentyabr 2023 20:07 SiyasətBu gün ərzində Rusiyadan gələn yük, hansı ki saat 10 radələrində Ağdama çatmalı idi, hələ də Bərdədə dayanır. Əsas səbəb isə həmin yükün Qarabağ separatçıları tərəfindən qəbul edilməməsidir.
Olaylar.az trend-ə istinadən xəbər verir ki, eyni zamanda Laçın SBM-ın yaxınlığında Ermənistan ərazisində BQXK-nın bir tırı hazır dayanır. Baxmayaraq ki, Azərbaycan tərəfi onun sərhəddən keçidini Azərbaycan Respublikasının qanunveriçiliyinə uyğun şəkildə təmin etməyə hazırdır, Qarabağ separatçıları həm də bu yükü qəbul etmək istəmirlər. Çünki bu halda BQXK-nın bir tırı parallel olaraq həm Ağdam yolundan da Əsgəran istiqamətinə daxil olmalıdır, separatçılar isə bundan imtina edirlər.
Beləliklə, Qarabağ separatçılarının tamamilə qeyri-adekvat davranışı qabarılmalıdır. Onlar nə Rusiyadan, nə də BQXK-dan yükləri qəbul etmirlər.