İRAN BAŞ QƏRARGAHININ İDARƏ RƏİSİ: QOŞUN TOPLAMAQLA BAĞLI MƏLUMATLAR ƏSASSIZDIR - VİDEO

Azərbaycan-İran Birgə Komissiyasının görüşündə iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan İran hərbi nümayəndə heyəti Bakıda Hərbi Qənimətlər Parkını ziyarət edib.

İran Silahlı Qüvvələrinin nümayəndələri Hərbi Qənimətlər Parkında Vətən müharibəsində Azərbaycanın düşməndən qənimət götürdüyü texnika ilə tanış olub. Sonra heyət açıq səma altında salınan parkda nümayiş edilən atıcı silahlar, ağır texnikalar, raket kompleksləri, hərbi nəqliyyatlar və digər sursatlarla yaxından tanış olublar. İran Baş Qərargahının İdarə rəisi Məhəmməd Əhədi İranın Azərbaycanla sərhədə qoşun toplanması məsələsinə aydınlıq gətirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31