"Mən bu elin qızıyam" - Erməni əsilli qadının Azərbaycan sevgisi - VİDEO

Azərbaycan Televiziya və Radio Verilişləri QSC xəbər verir ki, Gürcüstanın Dmanisi rayonunun erməni əsilli sakini çəkiliş qrupumuzla Azərbaycan haqqında xatirələrini bölüşüb, mahnı ifa edib.

Erməni əsilli Lyuba xanım uşaq vaxtından azərbaycanlıların arasında böyüdüyünü, bu səbəbdən xalqların bir yerdə sülh şəraitində yaşaya biləcəyini deyib:

"Mən Azərbaycan xalqını çox sevirəm. Ermənilərə, azərbaycanlılara çağırış edirəm, bərabər yaşayaq. Azərbaycanlıların yanında oxumuşam, Qarabağa da çox gedib-gəlmişəm".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31