Qarabağdakı qondarma “prezident seçkiləri”ni tanımırıq - Avropa İttifaqı
9 Sentyabr 2023 18:20 Siyasət9 sentyabr 2023-cü il tarixində Xankəndidə keçirilən qondarma "prezident seçkiləri"ni nəzərə alaraq, Avropa İttifaqı bir daha bəyan edir ki, o, "seçkinin" keçirildiyi konstitusiya və hüquqi çərçivəni tanımır.
Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bunu Aİ-nin Xarici Fəaliyyət Xidmətinin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə sözçüsü Nabila Massrali bildirib.
Qeyd edək ki, Araik Arutunyanın istefasından sonra Samvel Şahramanyan bu gün Qarabağdakı erməni quldurlarının yeni başçısı olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31