Qarabağdakı separatçı rejim Rusiyanın himayəsi altındadır - ÖZƏL

"Xankəndi, Xocavənd, Əsgəran və Ağdərə adlı şəhər və rayonlardakı silahlı erməni separatçı dəstələrinin 2020-ci ildən əsas hansı diktə edən qüvvənin  nəzarətində olması sübut edildi. Qərb, bütün oyunlardan çıxsa, Araik hələ də qondarma qurumdakı  silahlı qanunsuz rejimin rəhbəri hesab edilsə də, buradakı təsirini geri qaytara bilmir və separatist rejim bir mənalı olaraq Putin Rusiyasının qarantı və "idarəsi" altındadır".
"OLAYLAR" xəbər verir ki, bu fikirləri tarixçi Rəfail Eminov səsləndirib. O bildirib ki, Ermənistanın yaratdığı "tır şou"su da əsas daxili mübarizələrinə hesablanıb:
"Oradakı əhalinin hansı vəziyyətə düşmələri ilə bağlı qaldırdıqları şüvən isə onların heç maraqlarında deyil. Çox maraqlıdır ki, Xankəndində olan rus əlaltıları istədikləri vaxt Araiki devirə bilsələr də bunu etmirlər. Hədəf daha böyük olduğundan onlar sanki iki şahmat taxtasında eyni vaxtda oynuyur, birində sürətli gediş edib vaxt udmağa çalışırlar, digərində isə vaxtı uzatmaqla uduzmağa üstünlük verirlər. Yəni, bir var mat olasan, bir var təsəlli tapasan ki vaxt çatmadı".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31