Ermənistanda etirazlar məhz kilsə və diaspora tərəfindən idarə olunur - ÖZƏL
10 Avqust 2023 10:14 Siyasət"Ermənistanda rəvanşistlər Laçın yolu ilə bağlı meydanlara çıxıb, hökumətə qarşı etiraz edib, ultimatum verirlər. Erməni cəmiyyəti daima xaricdən idarə olunub və Azərbaycana qarşı istifadə edilib. Hazırda da eyni proses davam etdirilir". "Olaylar" xəbər verir ki, bunu deyən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, məhz Ermənistanın Baş naziri Nikol Paşinyan nə qədər dəyişkən siyasətçi olsa da müəyyən praqmatik fikirləri var, sülh müqaviləsinin bağlanmasına gedə bilər: "Amma, problem daxildə çox ciddidir. Erməni cəmiyyəti fərqlidir və hökumətin təsir rıçaqları bir çox məsələlərdə təsirli deyil. Çünki, Kilsə, diaspora cəmiyyətin əsas aparıcı qüvvəsinə dəstək verib. Hazırda etirazlar məhz Kilsə və diaspora tərəfindən idarə olunur. N. Paşinyanın siyasi müxalifətdən kənar qruplarla mübarizə aparması isə, onun fiziki məhvinə gətirə bilər".