XİN Gürcüstana başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi Gürcüstanın Şovi kurort zonasının yaxınlığında baş vermiş torpaq sürüşməsində həyatını itirənlərin yaxınlarına başsağlığı verib.

Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bu barədə nazirliyin tvitter hesabında qeyd edilib.

"Ümid edirik ki, hələ də itkin düşən onlarla insan sağ-salamat tapılacaq. Biz Gürcüstan hökumətinin və xalqının yanındayıq", - başsağlığında deyilir.

Qeyd edək ki, Gürcüstanın qərbində Şovi kurort bölgəsində avqustun 3-ü günorta saatlarında torpaq sürüşməsi baş verib. Hadisə zamanı körpülər üçüb və yollara ziyan dəyib. İndiyədək hadisə nəticəsində həlak olan 6 nəfərin cəsədi aşkarlanıb. 200-dən çox insan helikopterlə ərazidən təxliyə edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31