İşğalçı dövlətə dəstəyin davam etdirilməsi etimadsızlıq mühitini daha da dərinləşdirir - ÖZƏL

"Ermənistan ənənəsinə uyğun olaraq  əsassız fikirləri ilə dünyanın diqqətini yayındırmağa, sülh müqaviləsinin imzalanması prosesinin uzanmasına çalışdığını aydın şəkildə büruzə verir". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Malik Həsənovun sözlərinə görə, dövlət başçısı İlham Əliyev "Euronews" televiziyasına müsahibəsində mövcud vəziyyəti bir daha əsaslı şəkildə diqqətə çatdıraraq bildirdi ki, hərəkət azadlığı bloklanmayıb: "Aprelin 23-dən, yəni sərhəd keçid məntəqəsinin qurulduğu vaxtdan Qarabağın 2 mindən artıq sakini Ermənistana asan şəkildə gedib gəlib. İyunun 15-də Ermənistan növbəti təxribata əl ataraq sərhədçilərimizdən birini yaraladı. Araşdırma aparıldığı üçün yol müvəqqəti olaraq bağlansa da sonra təkrar açıldı. Qırmızı Xaç Komitəsi dava-dərmanın nəqlini və Ermənistanda müalicəyə ehtiyacı olan xəstələrin təxliyəsini bərpa etdi. Lakin əfsuslar olsun ki, Qırmızı Xaç Komitəsinin yük maşınlarının yoxlanılması zamanı siqaret, iPhone-lar və benzin kimi məhsulların qaçaqmalçılıqla keçirilməsi aşkar olundu. Qırmızı Xaç Komitəsi bunu etiraf etdi və bildirdi ki, onlar buna görə heç bir məsuliyyət daşımırlar. Hansı ki, bu yük maşınlarının, həmçinin sürücülərin uniformaları üzərində  Qırmızı Xaçın emblemləri var idi". Göründüyü kimi Ermənistan hər vəchlə sülh müqaviləsinin imzalanması prosesinin uzanmasına çalışır. İşğalçı dövlətə bu gün də dəstəyin davam etdirilməsi dünyada etimadsızlıq mühitini daha da dərinləşdirir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31