Ermənistanın çarəsiz qaldığı hər hərəkətindən bəlli olur - ÖZƏL

"Ermənistanın çarəsiz qaldığı hər hərəkətindən bəlli olur. Dünənə kimi ən güclü ordu olduqlarını, Azərbaycan ordusuna hər an  qalib gələ biləcəkləri yalanına özlərini elə  inandırmışdılar ki, məğlub olandan sonra olan ağılları da getdi. İndi ümidlərini artıq şou düzəltməyə bağlayıblar ki, bəlkə kimsə onların yerinə Azərbaycanın qarşısına çıxsın. Ona görə də Fransadan sözdə yox, əməldə dəstək istəyirlər".

"OLAYLAR" xəbər verir ki, bu fikirləri BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov səsləndirib. O bildirib ki, bundan sonra proseslərin gedəcəyi istiqamət bəllidir:

"Qarabağ ermənilərinin Azərbaycan vətəndaşlığına qəbul edilməsi üçün özlərini bizim gözümüzdə reabilitasiya etmələri. Azərbaycanın təklif və tələblərini yerinə yetirmək və sonra da Azərbaycanın onlar barədə verəcəyi qərarı gözləmələri.  Ağdamdan aparılacaq yardımla Qarabağ ermənilərinə Azərbaycanın məsləhət bildiyi hansı yeməyi yeməkləri, gəyəcəyi hansı paltarı geymələri sayəsində bunların düşüncəsində kimin çörəyini yedikləri fikri formalaşana kimi gözləmələri mütləq olacaq. Tək xəstələrini İrəvana apara bilərlər. Sonda isə özləri bizə yalvardıqdan sonra bəzilərunə vətəndaşlıq veriləcək".

Politoloq deyib ki, bu proseslərdə Ermənistan və Qarabağ erməniləri söz sahibi deyildir: "Onlar yalnız bir yolla özləri özlərinə kömək edə bilərlər, o da, Azərbaycanın dediklərinə əməl etmələri yolu ilə".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31