Beynəlxalq Qarabağ Forumu təşkilata çevrilir - ÖZƏL
4 Avqust 2023 11:10 SiyasətBeynəlxalq Qarabağ Forumu idarə heyətinin növbəti toplantısı keçirilib. "OLAYLAR" xəbər verir ki, toplantıya BQF-nin Azərbaycan, Türkiyə, Rusiya, İsveç, Fransa, İsveçrə, ABŞ-dan olan təmsilçiləri qatılıb. Türkiyədən Ziya Zakir Acarın moderatorluğu ilə toplantıda "Azərbaycan-Ermənistan:Brüssel və Moskva danışıqları", "Beynəlxalq Şuşa Media Forumu", "Laçın dəhlizi: son dəyişikliklər", "Zəngəzur: tarix və müasirlik" elmi-praktiki konfrans, 18-20 oktyabr 2023-cü il, İğdır şəhəri, Türkiyə" kimi aktual məsələlər müzakirə edilib. Müzakirələrdə Ziya bəylə yanaşı Azərbaycandan Akif Nağı, Şamil Mehdi, Gündəkin Nəcəfli, Novruz Novruzov, Rusiyadan Elşən İbrahimov, İsveçdən Ülviyə Nəcəfli, Türkiyədən Bilal Yücebaş, Almaniyadan Burzu Qılıncxanov iştirak ediblər.
Toplantıda qərara alınıb ki, daha səmərəli fəaliyyət göstərməsi üçün "forum" formatı "təşkilat" formatı ilə əvəz olunsun.