Azərbaycan öz suveren hüququnu həyata keçirərək Laçında  nəzarət-buraxılış məntəqəsi qurub - ÖZƏL

Avqustun 1-də Milli Məclisinin deputatları növbəti açıq məktubu Fransa ilə bağlı ünvanlayıb. Məktub Milli Məclisin 40 üzvünün imzası ilə yayılıb. "Olaylar"ın məlumatına görə, deputat Soltan Məmmədov  bildirib ki, məktubda 44 günlük Vətən müharibəsindən sonra Laçın-Xankəndi yolundan sui-istifadə edilməsi ilə bağlı faktlar əksini tapıb: "Belə ki, dəfələrlə aşkar edilmiş halların qarşısını almaq üçün 2023-cü ilin aprel ayında Azərbaycan Respublikası öz suveren hüququnu həyata keçirərək, həmin yolun Ermənistanla sərhəddə olan girişində nəzarət-buraxılış məntəqəsinin qurulmasından bəhs edilib".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31